YÜKSƏKLİK QURŞAQLIĞI, HÜNDÜRLÜK QURŞAQLIĞI

dağlıq ölkələrində bitki örtüyünün, torpağın, biosenozların şaquli yerləşmə qanunauyğunluğu və bir-birini əvəz edən qurşaqlar yaratması. Bu, dağ ərazisinin böyük yüksəkliyə qalxması və bununla əlaqədar iqlim qradiyentlərinin (temperatur, atmosfer təzyiqi və günəş radiasiyası) əmələ gəlməsi ilə irəli gəlir: hər 100 m hündürlüyə qalxdıqca temperatur 05-08°, atmosfer təzyiqi 745 n/m² aşağı düşür. Müxtəlif en dairələrində müxtəlif olub yerləşdiyi dağlıq ölkənin zonası ilə əlaqdardır.
YÜKSƏKLİK
ZONALLIQ